Metro stansiyalarında elektron lövhələr niyə ləğv olunur? - QURUM RƏSMİSİ AÇIQLADI

Metro stansiyalarında elektron lövhələr niyə ləğv olunur? - QURUM RƏSMİSİ AÇIQLADI

"Ümumiyyətlə, sərnişin rahatlığının, məmnunluğunun, metrodan problemsiz istifadəsinin tərkib hissələrindən biri məhz naviqasiyadır. Naviqasiyanın tərkib hissələrindən biri də məlumatlandırma lövhələridir. Onların monitorinqi metropolitendə davamlı olaraq aparılır". Bu sözləri SİA-ya verdiyi açıqlamada Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib.

B.Məmmədovun sözlərinə görə, edilən təhlillər əsasında müəyyən qərarlar verilir: "Daha əvvəllər gördüyünüz elektron lövhələrin hər birinin tətbiqi imkanları ilə bağlı keçirilən monitorinqlərin nəticələrindən asılı olaraq həmin lövhələr kağızlarla əvəzləndi. Statik lövhələrin də öz üstünlüyü var. Biz faktiki olaraq sərnişinlə çalışdığımızdan onun marağı, məmnunluğu, rahatlığını, təhlükəsizliyini təmin edən məsələləri xüsusən nəzərə almalıyıq. Bu səbəbdən aidiyyatı stansiyalarda statik lövhələrin quraşdırılması davamlı olaraq aparılır. Bundan sonra da davamlı olaraq monitorinqlər keçiriləcək. Hər zaman sərnişinlərin təhlükəsizliyi və mənafeləri ön planda tutulacaq".

Qurum rəsmisi bildirir ki, statik lövhələr göz yaddaşı baxımından da çox önəmlidir: "Məsələn, sərnişin stansiyaya daxil olduqda lövhənin hansı tərəfdə olduğunu biləcək. Elektron lövhələrin statik lövhələrlə əvəzlənməsinin ən vacib səbəbi keçirilən monitorinq və sərnişinlərin təhlükəsizliyi və mənafeyidir".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə