“Milli valyutanın dəyəri bir çox faktorlardan asılıdır. Azərbaycanda birinci faktor Mərkəzi Bankın apardığı siyasətlə bağlıdır. Mərkəzi Bank çalışır ki, manatın dollara görə fiksasiya edilmiş rejimi saxlamağına şərait yaratsın. Təbii ki, Azərbaycan Mərkəzi Bankı uzunmüddətli trendləri müəyyənləşdirmək gücündə deyil. Özlərinin də qeyd etdiyi kimi, daha çox qısa müddətli məsələləri tənzimləyərək valyutanın fiksasiya edilmiş rejimini qoruya bilir və aparılan bu siyasət öz təsirlərini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, manat dollarla birgə üzür: “Yəni bizim manatımız 1.70 paritetində dollardır. Dollar nə cür hərəkət edirsə, manat da elə hərəkət edir. Amma bu özü də Mərkəzi Bankın siyasətidir. Bu siyasəti nə zamana kimi davam etdirə bilmək də sual doğurur. Belə ki, manatın məzənnəsini müəyyənləşdirən ölkəyə girən pullarla çıxan pulların tarazlığıdır. Ölkəyə gələn pullar əsasən enerji sektorundan daxil olur. Ölkədən çıxan pullar isə əsasən idxalla bağlı olur. Bunlar nəzərə alındıqda manatı stabil saxlamaq mümkün olur. Təbii ki, burada ölkənin iqtisadi vəziyyəti də mühüm rol oynayır. Ölkədə qeyri-enerji sektorunun inkişaf etdirilməsi də burada rol oynayır. Manat daim baha olduqca iqtisadiyyatın qeyri-neft sektoru inkişaf etməkdə çətinlik çəkir. Bunun özü də bir gələcəkdə diqqət ediləcək faktorlardandır. Əgər dollar ucuzlaşmasa və baha qalarsa Azərbaycan artıq bu məsələlərə diqqət etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB