"BakıKart"ın ödəniş terminalları niyə azalıb? - RƏSMİ AÇIQLAMA

"BakıKart"ın ödəniş terminalları niyə azalıb? - RƏSMİ AÇIQLAMA

“BakıKart”ın balansını artırmaq üçün ödəmə terminallarının avtobus dayanacaq məntəqələrindən yığışdırılması MilliÖn və “BakıKart” tərəfindən verilən qərardır". SİA-nın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən aldığı açıqlamada belə bildirilib.

Qurum bildirir ki, bu proses sərnişinlərin "BakıKart"ın balansını artırmaq imkanının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir: "Çünki sərnişinlərimiz hazırda “BakıKart”ın balansını artıra bilməsi üçün daha çox imkanlara sahibdirlər. Əgər əvvəllər yalnız dayanacaqlarda 250-ə yaxın terminal var idisə, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən 1400-ə yaxın “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir. Yəni sərnişinlər istənilən iaşə obyektində, mağaza və köşkdə olan adi terminallar vasitəsilə də “BakıKart” balansını bütün digər ödənişlər kimi artıra bilər.
Bununla yanaşı internet portalı üzərindən də “BakıKart”ın balansını artırmaq mümkündür. Yaxın vaxtlarda isə sərnişinlərimizə müasir innovasiyalara uyğun əlavə ödəmə imkanları da təqdim olunacaq".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə