“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Müşahidə Şurasının iclası keçirilib

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib. SİA xəbər verir ki, iclas Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilib. İclasda Müşahidə Şurasının, eləcə də ASCO-nun İdarə Heyətinin üzvləri də iştirak edib, gündəliyə uyğun olaraq Cəmiyyətin 2022-ci il üzrə audit olunmuş, konsolidə edilmiş maliyyə hesabatları təqdim olunub, geniş müzakirələrdən sonra hesabatı Müşahidə Şurası yekdilliklə qəbul edib.

İclasda həmçinin, Cəmiyyətin 2022-ci il üzrə büdcəsinin icrasını və idarəetmə hesabatını Müşahidə Şurası bəyənərək qəbul edib, Cəmiyyətin qiymət siyasəti, 2023-cü il üzrə Strateji tədbirlər planı təsdiq edilib.

İclasda ASCO-nun cari fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.

Müşahidə Şurası ölkə prezidentinin 11 fevral 2021-ci il tarixli sərəncamına əsasən yaradılıb

Bütün xəbərlər Facebook səhifəmizdə