“BTC ilə ilin sonuna kimi 1,125 milyon ton Qazaxıstan nefti nəql olunacaq” - Pərviz Şahbazov

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə ilin sonuna kimi 1,125 milyon ton Qazaxıstan neftinin nəqli planlaşdırılır. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

“Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ticari-iqrisadi əməkdaşlığımızın inkişafına dair faydalı müzakirələrimiz olub”, deyə, nazir qeyd edib.

Qeyd edək ki, BTC vasitəsilə Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur.

BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir.

1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

18 yanvar 2023-cü il tarixində BTC 4 milyard barel neft ixracını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə