"Azərbaycanda qum-çınqıl istehsalı sahəsində çatışmazlıqlar aşkarlanıb" - ORXAN MƏMMƏDOV

Azərbaycanda qum-çınqıl istehsalı sahəsində çatışmazlıqlar aşkarlanıb. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda "Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər" mövzusunda keçirilən biznes forumda bildirib.

Onun sözlərinə görə, bunlar çay yataqlarında qazma işlərinin dərinləşdirilməsi, böyük çalaların yaranması, çayların mənsəbinə doğru suyun çatmaması, torpaqlarda sürüşmə hallarının olması, fəaliyyət dövrü ərzində aidiyyəti qurumların sahibkarları məlumatlandırmaması, uzun illər ərzində nəzarətin zəif olmasıdır.

“Həmçinin, inventarlaşma sahəsində müəyyən çatışmazlıqların olması, yazılmış cərimələrin ödənilməməsi səbəbindən hasilat işlərinin dayandırılması da çatışmazlıqlar sırasındadır”, - deyə sədr əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə