Avropa İttifaqı Komissiyası 2022-ci il enerji böhranı ilə əlaqədar həyata keçirilən elektrik enerjisinə tələbatın azaldılması və elektrik enerjisi istehsal edən şirkətlərin gəlirlərinin məhdudlaşdırılması kimi tədbirlərin ləğv ediləcəyini açıqlayıb.
Avropa İttifaqı Komissiyası yüksək enerji qiymətləri ilə bağlı fövqəladə halların nəzərdən keçirilməsi üçün hazırlanmış hesabatı dərc edib və Avropa Şurasına göndərib. Hesabatda qeyd olunub ki, enerji bazarı üçün elektrik enerjisinə tələbatın azaldılması, enerji istehsalçılarının gəlirlərinə məhdudiyyət qoyulması və elektrik enerjisinin pərakəndə satış qiymətlərinin müəyyən edilməsi kimi qaydalar Avropa enerji bazarlarının rahatlaşmasına töhfə verib, Avropa İttifaqı elektrik enerjisi bazarında təklif və qiymətlər əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə dəyişib. Hazırda fövqəladə tədbirlərin uzadılması zəruri və ya məqsədəuyğun görünmür.
SİA-nın əldə etdiyi məlumata görə, hesabatda Avropa İttifaqı Komissiyasının sözügedən enerji böhranı tədbirlərinin uzadılmasını təklif etməyəcəyi bildirilib.
Elektrik enerjisinin qiymətlərinin artıq meqavat-saat üçün 80 avrodan aşağı düşdüyünü xatırladan hesabatda qeyd olunub ki, 2022-ci ildə müşahidə olunan elektrik enerjisi qiymət artımlarının növbəti qış dövründə baş verməsi ehtimalı azdır.
Qeyd edək ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi və enerji böhranı ilə artan təbii qaz və elektrik qiymətlərinə qarşı Avropa İttifaqına üzv ölkələr bir çox tədbir və dəstək proqramı həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB