Günəş enerjili işıqlandırma sistemlərinin mahiyyəti nədən ibarətdir? - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ
"Ümumiyyətlə günəş enerjisinin istifadə olunması alternativ enerji mənbələrindən istifadəni genişləndirir. Artıq əksər ölkələrdə günəş enerjisi ilə işləyən işıq dirəklərindən istifadə olunur".
Bu sözləri SİA-ya verdiyi açıqlamada millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu cür texnologiyaların istifadəsi enerjinin qənaətlə istifadə olunması baxımından çox önəmlidir: "Bununla yanaşı ekoloji baxımdan bu cür işıq dirəkləri "yaşıl enerji" prinsiplərinə uyğundur. Ətraf mühitin qorunması cəhətdən çox əhəmiyyət kəsb edir. Ona görə də bu gün "ağıllı şəhər", "ağıllı kənd" modelini tətbiq edən əksər ölkələr məhz günəş enerjisi istifadə edən işıq dirəklərinə müraciət edir. Bu cür avadanlıqların Azərbaycanda, paytaxt Bakıda genişlədirilməsi çox vacibdir. Bu, "yaşıl enerji"dən daha əsaslı şəkildə istifadə edilməsinə, eyni zamanda ətraf mühitin daha yaxşı qorunmasına imkan yaradacaq".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB