“Mövcud iqtisadi siyasət daxili artımı stimullaşdırır“ - DEPUTAT DANIŞDI

“Mövcud iqtisadi siyasət daxili artımı stimullaşdırır“ - DEPUTAT DANIŞDI

“Azərbaycanın daxili və xarici iqtisadi siyasəti iqtisadi artımı təşviq edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, islahatların genişləndirilməsi müşahidə olunur: “2022-2026-cı illəri əhatə edən strategiya da daxili artımın stimullaşdırılmasına imkan yaradır. Aparılan islahatlar nəticə etibarı ilə daha çox artım deməkdir.

Xarici iqtisadiyyatdakı rolumuz, beynəlxalq münasibətlərin inkişafı da iqtisadi artım üçün zəmin rolunu oynayır. İxracın artması ölkədə valyuta axınının artmasına imkan yaradır. Bu baxımdan mövcud iqtisadi siyasət daxili artımı stimullaşdırır”.

Bütün xəbərlər Facebook səhifəmizdə