“Bu gün Azərbaycan Qərbin enerji təhlükəsizliyində çox böyük rol oynayır“ - DEPUTAT DANIŞDI
“28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılışında cənab Prezidentin iştirakı bir çox aspektdən xüsusi önəm və əhəmiyyət daşıyır. Tədbirdə ölkə başçısı bir çox vacib məqamlara toxundu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın digər dövlətlərlə əməkdaşlığı məsələsi istiqamətində və ölkə iqtisadiyyatının inkişafı ilə bağlı vacib məsələlər danışıldı: “Burada ABŞ prezidentinin ünvanladığı məktub və verdiyi mesajlar da çox önəmlidir. Bu gün Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir. Bu sahədə ölkəmizdə davamlı olaraq işlər görülür, addımlar atılır.
Bu gün Azərbaycan Qərbin enerji təhlükəsizliyində çox böyük rol oynayır. Bu da ölkə iqtisadiyyatına öz töhvəsini verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB