Mikayıl Cabbarov Pattabi Seşadri ilə görüşüb

Mikayıl Cabbarov Pattabi Seşadri ilə görüşüb

İqtisadiyyat Naziri Mikayıl Cabbarov 28-ci Bakı Enerii Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan “Boston Consulting Group” (BCG) şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə görüşüb. SİA xəbər verir ki, “Boston Consulting Group” şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə görüşdə dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və potensial əməkdaşlıq istiqamətlərinə dair

təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

İqtisadiyyat Naziri ölkəmizin iqtisadi prioritetləri, həyata keçirilən layihələr, o cümlədən, enerji
layihələri barədə məlumat verib, yeni iqtisadi çağırışlar şəraitində dayanıqlı inkişaf istiqamətləri,
enerji təhlükəsizliyi və transformasiyası, “yaşıl enerji”, karbonsuzlaşma və potensial sahələr üzrə
təcrübə mübadiləsi üçün imkanları qeyd edib.

BCG şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri təmsil etdiyi şirkətin fəaliyyət
istiqamətləri barədə danışıb, tərəfdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə potensial əməkdaşlıq istiqamətlərinə dair təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə