"Süni qiymət artımından danışmaq əbəsdir" - İQTİSADÇI DANIŞDI

"Süni qiymət artımından danışmaq əbəsdir" - İQTİSADÇI DANIŞDI

"Yay mövsümü yaxınlaşdıqca hotel qiymətlərində artım olacaq, bu normal haldır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, qiymət artımı birbaşa olaraq tələbatın artması ilə bağlıdır: "Süni qiymət artımından danışmaq isə əbəsdir. Çünki süni qiymət artımı olmur. Rəqabət olmayan yerdə istənilən qiymət qoyulur və burada da süni qiymət artımından söhbət gedə bilməz.

Hotel qiymətləri ilə bağlı isə ümumiyyətlə süni qiymət artımı ifadəsini işlətmək düzgün deyil. Əks təqdirdə hotellərdə yer tapmağın çətin olmasına səbəb verə bilməyəcəyik. Sadəcə olaraq ölkəmizdə az ulduzlu hotellərin sayı yox dərəcəsindədir. Süni qiymət artımı olduğunu göstərən də məhz bu kimi məsələlərdir. Əslində isə normal olaraq mövsümə uyğun şəkildə qiymətlərdə artım müşahidə edilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə