Azərbaycanda hansı tikinti məhsulları bahalaşıb? - İQTİSADÇI ŞƏRH ETDİ

Azərbaycanda hansı tikinti məhsulları bahalaşıb? - İQTİSADÇI ŞƏRH ETDİ

"Ölkədə bir neçə tikinti məhsullarının qiyməti artıb. Bura armatur, dəmir məmulatları, sement, çınqıl, qum, taxta, beton aiddir. Belə ki, dəmir məmulatlarında və sementdə təxminən 20 faizə yaxın artım müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, əsasən Rusiyadan idxal olunan məhsulların qiymətlərində artım müşahidə olunur: "Çünki bəzi logistika problemləri yaranır. Əvvəllər avtomobillər daşınmada daha artıq yük yükləyib ucuz sata bilirdilər. İndi isə nəzarət daha da güclənib və daha artıq məhsul yükləmək mümkün deyil. Bu da qiymətlərə mənfi təsirini göstərir".

Eyyub Kərimli sözlərinə belə davam edib: "Lakin daş və kərpic yerli istehsal olduğu üçün qiymətdə elə bir artım müşahidə olunmur. Sözsüz ki, qiymət artımı evlərin də bahalaşmasına təsir edəcək. Bura yeni tikililər, həyət evləri və ümumilikdə əmlak bazarı aiddir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə