200-ə qədər startap "StartUp" məktəbimizdə iştirak etmək istəyib
İndiyə qədər 10-dan çox ölkədən 200-ə qədər startap Azərbaycanın "StartUp" məktəbində iştirak etmək üçün müraciət edib. SİA xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı "Enterprise Azerbaijan" portalının "StartUp School" layihəsinin məzun günündə bildirib.
"Bu layihə üzərində təxminən 1 il iş gedib. Biz 5 ölkədən - ABŞ, İsrail, Türkiyə, Polşa və Azərbaycandan nüfuzlu professorları startap məktəbinə təlimçi kimi dəvət etmişik. Onların mentorluğu altında 30-a yaxın startapa fəal şəkildə müxtəlif istiqamətlərdə təlimlər keçirilib. Təlimlər həm onlayn, həm də offlayn qaydada olub. Biz Azərbaycan startaplarına dünya miqyasına çıxmaq, onlara dünya maliyyə bazarlarından sərmayə cəlb etmək istiqamətində dəstək veririk", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB