"Meyvə-tərəvəzdə qiymət artımı uzun müddət davam edəcək" - İQTİSADÇI AÇIQLADI
"Ümumiyyətlə ölkədə inflyasiya hələ də davam edir. Mərkəzi Bankın proqnozuna görə ötən il 13,9 faizlik inflyasiya bu il 8 faizə salınacaq". Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov SİA- ya açıqlamasında bildirib.
O, qeyd edib ki, Mərkəzi Bank öz proqnozuna çatmaq üçün vaxtaşırı sərt monetar siyasəti davam etdirir: "Yəni uçot dərəcəsini qaldırır. Bu, məncə doğru addımdır. Lakin inflyasiyanın 8 faiz həddinə gəlib çatması bir qədər şübhəli məsələdir. Düşünürəm ki, bu çox da real deyil. Bu isə o deməkdir ki, kənd təsərrüfatı məhsullarında, meyvə-tərəvəzdə, ərzaq məhsullarında qiymət artımı hələ uzun müddət davam edəcək".
Eldəniz Əmirov bildirib ki, qiymət artımlarının artım dinamikası azalacaq: "Məsələn, ötən il hər ay bir məhsulun qiyməti "x" faiz artırdısa indi "0.7x" qədər artacaq. İntəhası, artım sürəti azalacaqdır.
Lakin çörəyin, buğdanın qiymətində hər hansı bir artım gözlənilmir. Çünki dövlət, bilavasitə bu qiyməti özü tənzimləyir, itxalı özü həyata keçirir. Bu proseslər uzunmüddətli müqavilələr əsasında icra olunur. Nəticə etibarilə çörəyin qiymətinin artmasıyla bağlı hər hansı bir təhdid görmürəm".
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB