“Azərbaycanda milli iqtisadiyyatın həcmi 4 dəfə artıb” - İQTİSADÇI ŞƏRH ETDİ

“Azərbaycanda milli iqtisadiyyatın həcmi 4 dəfə artıb” - İQTİSADÇI ŞƏRH ETDİ

“Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında iqtisadiyyatı müsbət dinamika ilə artan ölkələr içərisindədir. Son 20 il ərzində Azərbaycanda milli iqtisadiyyatın həcmi 4 dəfə, ixrac isə nə az, nə çox 16 dəfəyə qədər artıb. Məhz o dövrlə müqayisədə Azərbaycanın strateji valyuta ehtiyyatları 42 dəfə artaraq 66 milyard dollara çatıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz iqtisadiyyatının 62 faizinə Azərbaycan sahiblik edir: “Hazırda büdcənin həcmi 33, 4 milyard manatdır. Bütün bu göstəricilər Azərbaycan iqtisadiyyatının hansı səviyyədə olduğuna diqqət çəkir. Azərbaycan sadəcə inkişaf etməkdə olan ölkə yox, həm də böyük sürətlə inkişaf etməkdə olan ölkələrdəndir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə