Toyuq əti ucuzlaşacaq? - EKSPERT AÇIQLADI

Toyuq əti ucuzlaşacaq? - EKSPERT AÇIQLADI

Arpa, buğda, kəpək kimi dənli bitkilərin qiymətində enmə müşahidə olunur. Bəs, bu halda toyuq əti ucuzlaşa bilər? SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimlinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, məlum olduğu kimi, idxal olunan quş yemi gömrük rüsumundan bir neçə illik azad olunmuşdu: "Həmçinin, ölkədə artıq buğda və arpanın biçim mövsümü başlayıb. Bu da sözsüz ki, qiymətlərin aşağı enməsinə təsir göstərir.

Hesab edirəm ki, bu baxımdan toyuq ətinin qiymətində enmə müşahidə edə bilərik. Çünki bundan əvvəl quş əti istehsalçıları yemin bahalaşması ilə əlaqədar qeyd edirdilər ki, "Yem bahadır və quş ətinin qiyməti artıb". Amma əgər yem ucuzlaşıbsa, quş ətində də 15-20 faiz qiymət enimi müşahidə edə bilərik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə