Yardımlı rayonunda 36 müəssisə və təşkilatda 5 nəfəri qadınlar olmaqla dövlət qulluqçularının ümumi sayı 158 nəfərdir. Bunu SİA-ya Yardımlı Rayon Statistika İdarəsindən bildiriblər.
Bildirilib ki, dövlət qulluqçularının 3 nəfəri dördüncü, 4 nəfəri beşinci, 9 nəfəri altıncı, 129 nəfəri yeddinci, 13 nəfəri isə dövlət qulluğunun yardımçı vəzifələrində işləyənlərdir. Yaş qrupları üzrə dövlət qulluğunda çalışanlardan 30 yaşa qədər olanlar 19, 30-34 yaşda olanlar 21, 35-44 yaşda olanlar 30, 45-54 yaşda olanlar 27, 55-64 yaşda olanlar 57, 65 və yuxarı yaşda olanlar isə 4 nəfərdir.
2022-ci ildə dövlət qulluqçularının rayon üzrə orta aylıq əməkhaqqı əvvəlki il ilə müqayisədə 45,8 faiz artaraq 1263,5 manat, o cümlədən qadınlar üzrə 51,0 faiz artaraq 1636,1 manat olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB