Pensiyalarda yenidən artım ola bilər? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

Pensiyalarda yenidən artım ola bilər? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

“Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya olaraq istiqamətləndirilməsi nəticədə bu investisiyadan gələn gəlirlərin bir hissəsinin məhz pensiya kapitalının artırılmasına yönləndirilməsi mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, əgər Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri doğru investisiya edilərsə və əldə edilən gəlir pensiyaların artımına istiqamətlənərsə, bu zaman pensiyalarda artımların olması gözlənilən olar: “Əslində bu mümkün, real bir prosesdir. Lakin vəsaitlərin investisiyaya yönləndirilməsi həssas məsələdir. Düşünürəm ki, bu məsələyə daha diqqətli və ciddi yanaşmaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə