"Taxıl biçini mövsümün ən qızğın dövrüdür" - QURUM RƏSMİ

"Taxıl biçini mövsümün ən qızğın dövrüdür" - QURUM RƏSMİ

“Taxıl biçini il boyunca kənd təsərrüfatı zəhmətkeşlərinin yetişdirdikləri məhsulun kulminasiya nöqtəsidir. Bu yığımın səmərəli həyata keçirilməsi məhsuldarlığa bilavasitə təsir göstərir. Bu baxımdan taxıl biçini kampaniyası stratejikdir. Buna mövsümün ən qızğın dövrüdür deyə bilərik. Fermerlə, həmçinin Aqroservis ASC, Kənd Təsərrüfatı Nazirliyi və onun qurumları bu dövrə xüsusi şəkildə hazırlaşırlar”. Bu sözləri SİA-ya açıqlamasında Aqroservis ASC-nin İdarə Heyətinin sədr müavini İlyas Həsənov deyib.

Onun sözlərinə görə, biçinlə əlaqədar artıq əvvəlki illərdən çox faydalı təcrübə toplanmışdır: “Bu təcrübə biçin dövrünün idarə edilməsini ehtiva edir. Belə ki düzgün idarəetmə ilə bu dövrdə ölkəmizdə olan taxıl sahələrinin yığımı həyata keçirilir. Təxminən 1 milyon hektara yaxın sahədə taxıl əkini həyata keçirilib. Bunun 400 min hektara yaxını arpa, 650 min hektara yaxın isə buğda sahələridir.

Taxıl biçinində bizim əsas məqsədimiz mövcud kombaynlar vasitəsilə bütün sahələrin vaxtında və itki vermədən yığımını təmin etməkdir. Ölkədə 200 minə yaxın kombayn mövcuddur. Onlardan 650-si də qurumun rayon bölmələrinə ayrılmışdır. Aqroservis ASC sahələrin zərərgörməməsi üçün özünəməxsus kombaynları vahid dislokasiya planına uyğun idarəetməsini həyata keçirir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə