Üç ayda 3 min 612 ton pambıq ipliyi ixrac olunub

Üç ayda 3 min 612 ton pambıq ipliyi ixrac olunub

Cari ilin üç ayında 17 min ton pambıq lifi, 3 min 612 ton pambıq ipliyi ixrac olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 31,3 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 10,9 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 72,8 milyon dollar olmaqla 32,8 min ton pambıq lifi, məbləği 13,2 milyon dollar olmaqla 3 min 147 ton pambıq ipliyi ixrac edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə