"Piyada əlçatanlığının artırılması məqsədilə layihə hazırlanıb" - QURUMDAN AÇIQLAMA

"Piyada əlçatanlığının artırılması məqsədilə layihə hazırlanıb" - QURUMDAN AÇIQLAMA

"2022-ci ildə Bakı Nəqliyyat Agentliyi mütəxəssisləri tərəfindən Xocasən yoluna baxış keçirilib". Bunu SİA-nın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, "Xocasən” elektrik deposu və metro stansiyasının nəqliyyat ehtiyaclarının əlverişli şəkildə qarşılanması, ərazi üçün sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması və piyada əlçatanlığının artırılması məqsədilə layihə hazırlanıb: "Layihə rəsmi qaydada aidiyyatı üzrə təqdim edilərək razılaşdırılıb. Lakin icra prosesində layihədən kənara çıxmalar olduğundan mövcud problemlər həllini tapmayıb. Sonrakı mərhələdə həmin problemlərin aradan qaldırılması məqsədilə yenidən ərazidə təhlillər aparılıb. Yenidən layihə işlənərək 2023-cü ilin fevral ayında növbəti dəfə təqdim edilib".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə