“Ulu Öndər Azərbaycanın iqtisadi sütunlarını qoydu” - DEPUTAT DANIŞDI
“1993-cü ildə Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr üzrə islahatlar başladı. Bu islahatlar içərisində isə iqtisadiyyat xüsusilə seçilir. Nəzərə almaq lazımdır ki, Ulu Öndərin hakimiyyətə gəldiyi zaman 1992-1993-cü illərdə ilk dəfə idi ki, dövlət büdcəsi qəbul edilməmişdi. Yəni ölkədə olduqca ağır iqtisadi vəziyyət hökm sürürdü. Ölkədə iqtisadi-sosial vəziyyət o qədər ağır idi ki, Azərbaycan xalqı çörəyə belə möhtac qalmışdı. Məhz həmin illərdə Ulu Öndərin hakimiyyətə gəlməsi isə bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də iqtisadi tənəzzülün dayanmasına və sonrakı illərdə inkişaf etməsinə gətirib çıxardı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib.

Onun sözlərinə görə, 1994-cü ilin sentyabr ayında dünyanın ən məşhur neft şirkətləri ilə birlikdə Azərbaycan dövlət neft şirkəti arasında bağlanmış Əsrin müqaviləsidir: “Bu müqavilənin imzalanması bütövlükdə Ulu Öndər Heydər Əliyevin siyasi, diplomatik gücünün nəticəsi idi. Bu proses ölkəmizə neft texnologiyası ilə bağlı bir çox yeniliklər gətirdi. Digər bir tərəfdən bağlanmış müqavilə gələcəkdə ölkəmizə valyuta axınının təmin olunması və qorunmasına səbəb oldu. Bundan sonrakı dövrdə Azərbaycanın digər dövlətlərlə əlaqələrinin genişləndirilməsi, ölkəmizdə Ulu Öndərin rəhbərliyi ilə torpaq islahatının keçirilməsi də mühüm addımlar sırasında gəlir. Ulu Öndərin apardığı siyasət bütövlükdə Azərbaycanın iqtisadi sütunlarını qoydu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB