Naxçıvanda nağdsız əməliyyatların həcmi 2,7 dəfə artıb

2023-cü ilin yanvar-fevral aylarında Muxtar Respublikada nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfədən çox artıb.

SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin 2 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 10,6 milyon manatı POS-terminalların, 58,1 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə