AMB-nin dövriyyədə olan notlarının dəyəri 1 milyard manatdan aşağı düşüb

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri 2021-ci il dekabrın 29-dən bəri ilk dəfə 1 milyard manatdan aşağı düşüb.

SİA bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, notların ümumi dəyəri fevralın 24-ü ilə müqayisədə 10,8 % azalaraq 915 milyon manat olub.

Xatırladaq ki, AMB ötən il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 84, 168 və 252 günlük notlar buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 7,95 %, 8,57 % və 9,29 %-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə