Daha çox məhsul əldə olunması hədəf olaraq qarşıya qoyulub – TƏHLİL
Kənd təsərrüfatı ilə çox qədim zamanlardan məşğul olunub və bu sahə insanların qida məhsularına olan tələbatının qarşılanmasında əvəzsiz rola malikdir. Bu baxımdan hal-hazırda da dünyanın ən qabaqcıl ölkələrində belə kənd təsərrüfatına xüsusi diqqət ayrılır və bu sahənin inkişafı daim diqqətdə saxlanılır. Ələlxüsus, hazırda dünya əhalisinin artımını məhz qida məhsularına, bir sözlə, kənd təsərrüfatı məhsullarına olan tələbatı durmadan artırır və buna görə də həmin sahənin inkişafı prioritet məsəsə hesab olunur.

Hələ qədim zamanlardan Azərbaycanda da kənd təsərrüfatı ən vacib məşğuliyyət sahələrindən biri olub. Xüsusilə, əkinçilik, meyvəçilik, heyvandarlıq sahəsi ölkəmizdə uğurla inkişaf etdirilib və bu, insanların əsas məşğuliyyəti hesab ounub. Kənd yerlərində məskunlaşan əhalinin böyük əksəriyyətinin əkinçiliklə, heyvandarlıqla məşğul olduğu bəllidir və həmin insanların məşğulluq sahəsi olaraq, kənd təsərrüfatının xüsusi yeri və rolu danılmazdır.
Bildiyimiz kimi, heyvandarlıq sahəsi mövsümi xarakter daşımasa da, əkinçilik bunun əksi olaraq mövsümi xarakter daşıyır və yazın əvvəlində əkinçilik işlərinə start verilir. Əkin sahələrinin məhz əkinə hazırlığından başlamış həmin sahələrə gübrələrin verilməsinə, zərərvericilərin məhv edilməsinə qədər işlərin öz növbəsində görülməsi vacib hesab olunur. Əks halda, məhsudarlığın daha yaxşı olmasına ümud etməyə dəyməz. Ona görə də artıq bu istiqamətdə işlərin başlaması xüsusilə məqsədəuyğundur və məhsuldarlıq baxımından nəticənin daha yaxşı olmasına ümid etməyə dəyər. Məhsudarlığın yüksək olması isə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından oduqca vacib məsələdir.

Sözsüz ki, məhsudarığın daha yüksək olması üçün müvafiq tədbirlər tələb olunur. Bu tədbirlər sırasında torpağın qüvvətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün torpağa gübrələrin verilməsinin böyük əhəmiyyəti var. Məsələ burasındadır ki, torpağa hansı gübrələrin verilməsini bilmək, müəyyənləşdirmək çox önəmli şərtdir. Bunu bilmək üçün isə torpağın aqrokimyəvi analizlərinin aparılması gərəkir. Əks halda, yəni əkin sahələrində bitginin qida ehtiyacının müəyyənləşdirilməməsi, əkin sahələrinin düzgün becərilməməsi, gübrələrin kor-koranə birtərəfli qaydada istifadəsi torpağın münbitliyinin aşağı düşməsinə və məhsuldarlığın ildən-ilə azalmasına gətirib çıxara bilər. Torpağın aqrokimyəvi analizlərinin nəticələrinin düzgün olması isə sahədə torpaq nümunələrinin götürülməsindən bilavasitə asılıdır. Ona görə də sahədən xarakterik nümunələrin götürülməsi düzgün labaratoriya analizlərinin əldə olunması üçün əsas addımdır və məhz növbəti əkin dövriyyəsi üçün gübrə ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi ilə qida elementərinin miqdarının öyrənilməsi həyata keçirilir, hansı ki, nümunə vizual eynilik təşkil edən vahid bir ərazini təmsil edən bir neçə fərdi nümunələrin qarışığından ibarət olmalıdır. Bütün bu tədbirlər həmçinin öz zamanında aparılmalıdır, əks hada təsirsiz olması gözləniləndir və məhz buna görə də mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsularının becərildiyi əkin sahələrinə qulluq və eləcə də əkin işləri tam zamanında həyata keçirilməlidir.

Eyni zamanda suvarma və meliorasiya işlərinin aparılması da önəmli şərtlərdəndir. Buna görə də suvarma kanallarının olması ən vacib məsələ hesab olunur və bu gün ölkəmizdə məhz suvarma məqsədi ilə kanalların olması heç də təsadüfi, yaxud əbəs yerə deyil. Bildiyimiz kimi, əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunması ilə bağlı torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi, bu istiqamətdə yeni texnologiyaların tətbiqi, ən yaxşı kənd təsərrüfatı təcrübələrindən yararlanmaq daha müsbət nəticələr vəd edir. O da məlumdur ki, ölkəmizin torpaq fondunun 55 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyil. Son illər müşahidə olunan quraqlıq nəticəsində yerüstü su ehtiyatlarının azalması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını əlbəttə ki, çətinləşdirir. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadənin rolu olduqca böyükdür. Heç şübhəsiz ki, kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə olunmasında melioratorların üzərinə böyük vəzifələr düşür. Əkinlərin vaxtlı-vaxtında və keyfiyyətli suvarılması bol məhsulun başlıca şərtidir. Ona görə də yeni ilin ilk aylarından etibarən bütün bölgələrdə melioratorlar səylə çalışırlar və meliorativ tədbirlər uğurla davam edir.

Bölgələrimizdə artıq bu il üçün yazlıq əkin işlərinə başlanılıb. Bu il daha çox sahədə taxıl əkini aparılıb. Məqsəd isə, təbii ki, ərzaq təhlükəsiziyinin təminatı istiqamətində buğdaya olan ehtiyacı yeni təsərrüfatlar hesabına ödəmək, idxaldan asılılığı azaltmaqdır. Qeyd edək ki, bu ilki mövsüm üçün 1 milyon 72 min hektar sahədə dən və yaş yemin əldə olunmasından ötrü taxıl əkilib. Əkin aparılan sahənin 657 min hektarını buğda, 400 min hektarından çoxunu arpa və çovdar təşkilə edir. Əkinin 544 min hektarı, yəni 51 faizi suvarılan, qalanı isə dəmyə torpaqarda aparılıb. Görülən işlər onu deməyə əsas verir ki, 2022-ci illə müqaisədə cari ilin məhsulunun daha çox olması məqsədi ilə taxıl sahəsinin həcmi 4,4 faiz genişləndirilib. Eyni zamanda, təxminən 9-10 faizə qədər də buğda əkini sahəsi genişləndirilib. Təbii ki, taxıl əkilən sahələrin genişəndirilməsində ən ümdə məqsəd ilk növbədə ərzaq təhlükəsizliyinin təmin olunması, yerli istehsal hesabına özünü təmin etmə səviyyəsinin yüksədilməsi, həmçinin idaxaldan asılılığın azaldılmasından ibarətdir.
Əlbəttə ki, ərazilərimizin işğaldan azad edilməsi bizə taxıl sahələrinin genişləndirmək imkanı verir və bu imkan sayəsində minalardan təmizlənmiş əlavə yüzlərlə hektar sahədə taxıl əkilib. Taxılla yanaşı, digər yazlıq əkinlərin də səpini aparılır. Heç şübhəsiz ki, işğaldan azad etdiyimiz ərazilərdə əkinə yararlı torpaqlar var. Amma təəssüf ki, həmin ərazilərdə ermənilər minalar basdırıblar deyə əkin üçün o torpaqların hamısından tam şəkildə istifadə etmək mümkün deyi, lakin ərazilərimiz minalardan təmizləndikcə əkin sahələri də artmış olur. Görünən odur ki, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əkin sahələrinin durmadan artmasına səbəb olur. Deməli, növbəti illərdə taxıl əkini sahəsinin həcminin daha da genişənəcəyi şübhə doğura bilməz.

Bu il daha çox məhsul əldə olunması hədəf olaraq qarşıya qoyulub. Əgər əkin sahələrində lazımi tədbirlər görülürsə, deməli cari ilin məhsul yığımı üçün, nəticələr barədə də nikbin proqnozlar vermək olar. Cari ilin mart ayından başlayaraq, görülən işlər qənaətbəxşdir və bunun da məhsuldarlığa öz müsbət təsirini göstərəcəyi kimsədə şübhə doğurmur. Əksinə, proseslər onu deməyə əsas verir ki, cari il üçün gözləntilər çox yaxşıdır. Amma bu hələ son deyil və növbəti illərdə daha böyük artımın olması üçün hazırlıq görülməsi əsas şərtdir. Əkin işləri təkcə buğda və ya arpaya aid deyi. Beləki, bostan bitgilərinin də, digərlərinin də həcmində artım müşahidə olunub və bunun tendensiyaya çevrildiyini nəzərə aldıqda aydın olur ki, tədbirlər tam məqsədəuyğun şəkidə davam edir.

Kənd təsərrüfatının inkşafı iqtisadi siyasətin prioritetlərindəndir və göründüyü kimi, hazırkı qlobal çağırışlar dövründə bu sahənin önəmi daha da artıb. Aqrar sahənin inkişafı məqsədilə dövlət tərəfindən müxtəlif dəstək tədbirlərinin artması bu baxımdan heç də təsadüfi deyil. Ölkəmizdə yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, aqrar sektora maliyyə dəstəyi, vergi, eləcə də texnika və gübrə təminatı ilə bağlı tətbiq edilən güzəştlər, taxılçılığa subsidiya verilməsi, bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradır. Elə bu bu baxımdan da, aqroparklar səmərəli mexanizmdir. Aqroparklar innovativ üsulların geniş tətbiqi hesabına ölkənin əsas strateji məhsullarının istehsalının həcminin artırılması ilə bağlı növbəli və təkrar əkinlər, yüksək reproduksiyalı və keyfiyyətli toxumlardan istifadəsini, düzgün aqrotexniki qulluğu həyata keçirirlər. Hazırda ölkəmizdə 51 aqropark var ki, bunların da 40-da taxıl əkilir və hətta yüksək məhsuldarlıq əldə edilir. Nümunə üçün qeyd edək ki, ötən il, 2022-ci il ərzində aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul əldə edilib. Onu da nəzərə çatdıraq ki, Aqroparklarda buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən yüksəkdir. Hətta bir neçə aqroparkda buğda və arpa üzrə orta məhsuldarlıq 6-7 ton/ha, qarğıdalı üzrə 12-15 ton/ha, şəkər çuğunduru üzrə isə 80 ton/ha təşkil edib. “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində cari il ərzində aqroparkların sahələrində buğda əkinini 52 faiz və ya 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Hətta növbəti 5 il ərzində aqroparkların sahələrinin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır. Bu isə ölkənin taxılla təminatına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə əlbəttə ki, mühüm töhfə deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB