“Ulu Öndər bugünkü qüdrətli Azərbaycanın müəllifi oldu” - NAZİR DANIŞDI

“Ulu Öndər bugünkü qüdrətli Azərbaycanın müəllifi oldu” - NAZİR DANIŞDI

“Azərbaycanın öz taleyinin sahibi, müstəqil dövlət kimi mövcud olması üçün bütün zəruri əsasları məhz Ümummilli Lider Heydər Əliyev təmin etmişdir. Ulu Öndər ölkəmizin siyasi və iqtisadi müstəqilliyini vəhdətdə möhkəmləndirdi, hərtərəfli tərəqqini təmin edən milli inkişaf modeli ilə dövlətimizi regional inkişafın hərəkətverici qüvvəsinə, beynəlxalq arenada nüfuzlu, etibarlı tərəfdaşlıq və sabitlik mərkəzinə çevirdi, mükəmməl strategiya və qlobal əməkdaşlıq layihələri ilə bugünkü qüdrətli Azərbaycanın müəllifi oldu”. SİA xəbər verir ki, bu sözləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbirdə çıxışı zamanı energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə, Ümummilli Lider müxtəlif ictimai-siyasi formasiyalarda müstəqilliyin açarını, əsasən, enerji təhlükəsizliyində, enerji asılılığından xilasda görürdü: “Bu gün qlobal enerji böhranı, enerji müstəqilliyinin dünyanın aparıcı dövlətlərinin gündəliyində bir nömrəli məsələyə çevrilməsi və bu turbulentlikdə Azərbaycanın enerji təchizatçısı kimi strateji mövqeyinin güclənməsi də bir daha Heydər Əliyevin enerji təhlükəsizliyinə dair baxışlarının zamanın fövqündə olduğunu təsdiqləyir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə