Mərkəzi Bank ötən il 90 not hərracı keçirib

Mərkəzi Bank ötən il 90 not hərracı keçirib

Mərkəzi Bank 2022-ci ildə müxtəlif müddətli 90 not hərracı keçirib. SİA Mərkəzi Banka istinadla xəbər verir ki, dekabr ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1339 milyon manat təşkil edib. İlin sonuna doğru notların hərraclarda formalaşan gəlirliyi artıma meyilli olub.

Son hərraclarda formalaşan gəlirlik 28 günlük notlar üzrə 6,17 faiz, 84 günlük notlar üzrə 6,24 faiz, 168 günlük notlar üzrə 8 faiz, 252 günlük notlar üzrə isə 8,44 faiz təşkil edib.

İl ərzində sterilizasiya məqsədli 42,5 milyon manatlıq 7 günlük REPO əməliyyatı da baş tutub. İnflyasiya təzyiqlərinin artdığı şəraitdə pul təklifinin effektiv tənzimlənməsi üçün məcburi ehtiyat normalarından daha aktiv istifadə qərara alınıb.

Hesabat ilində məcburi ehtiyat normalarının ortalama rejimində tətbiqinin davam etdirilməsi banklar tərəfindən likvidliyin çevik idarə edilməsinə müsbət təsir göstərən millərdən biri olub. Sentyabrın 15-dən başlayaraq banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun (milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə 4 faiz, xarici valyutada cəlb edilmiş depozitlər üzrə 5 faiz) saxlanılmasına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə