“Daxili enerji tələbatımızı öz gücümüz hesabına ödəyirik“ - İQTİSADÇI DANIŞDI
“Azərbaycanın enerji sahəsində həyata keçirdiyi əməkdaşlıq strategiyası artıq 30 illik tarixə malikdir. 1994-cü ildən başlayan Əsrin müqaviləsi ilə, daha sonra neft strategiyasının qaz strategiyası ilə əvəz olunması, daha sonra isə alternativ enerji mənbələrindən istifadə edilərək, enerji strategiyası əldə olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Mingəçevirdə dünən əsası qoyduğu İstilik Elektrik Stansiyası ölkəmizin elektrik enerjisi istehsalındakı həcmini daha da artıracaq: “Nəzərə almaq lazımdır ki, Azərbaycanda ortalama 27,8 kilovat-saat milyard enerji istehsal olunur. Onun da bir hisəsi ixrac olunur və daxili tələbatı demək olar ki, biz öz gücümüz hesabına ödəyirik. Yeni istehsal sahələrinin yaradılması ixrac qabiliyyətini daha da artırır. O cümlədən də Azərbaycana valyuta axınını təmin edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB