“Azərbaycan ölkəyə valyuta axınını təmin etdi” - İQTİSADÇI ŞƏRH ETDİ
“Azərbaycanın iqtisadiyyat sahəsində dünəni dedikdə maliyyə sıxıntıları ilə müşahidə edilən bir tarix nəzərdə tutulur. Bu tarix ərzində də Azərbaycan qaz strategiyasını ortaya qoymaqla ölkəyə valyuta axınını təmin etdi”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, 1994-cü ildən başlayan Əsrin Müqaviləsi bugünkü ölkə iqtisadiyyatının ayaqda qalmasının əsas sütunlarından biri oldu: “Bundan sonra ölkəyə gələn valyuta digər sahələrin də inkişafına öz təsirini göstərdi.
1994-cü ildən başlayan neft strategiyası da sonrakı illərdə özünün qaz strategiyası ilə əvəzləndi. Bu gün isə artıq üçüncü bir strategiya, alternativ enerji strategiyası ön plana çıxır. Bütün bunlar da Azərbaycanın valyuta ehtiyyatlarının artmasına, ölkə iqtisadiyyatının inkişaf etməsi ilə yanaşı, alternativ enerji mənbələrinin də inkişaf etməsinə xidməti dəstəkləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB