"Buğdanın böyük bir hissəsi ərzaqlıq buğda olmur” - İQTİSADÇI DANIŞDI

"Buğdanın böyük bir hissəsi ərzaqlıq buğda olmur” - İQTİSADÇI DANIŞDI

“Azərbaycanda buğda əkin sahələrinin artırılması ötən il də müşahidə edilmişdi. Bunun böyük bir hissəsi işğaldan azad olunmuş ərazilərimizdə olan yeni əkin sahələrinin payına düşür. Minalardan təmizlənmə işləri həyata keçirildikcə əkin sahələrinin artırılmasına üstünlük verilir. Xüsusilə də bu zaman buğda əkini daha çox yer tutur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, digər bir istiqamət isə respublikanın digər ərazilərində istifadəsiz qalmış torpaqlar da buğda əkini üçün istifadə olunur: “Üçüncü bir istiqamət isə torpaqların təyinatında çox cüzi faiz var. Bu da torpaqların təyinatında fərqli dəyişikliklərin olması ilə salınan əkin sahələridir. Lakin əksəriyyət işğaldan azad olunmuş ərazilərin payına düşür.

Təbii olaraq bu prosesin ölkə iqtisadiyyatına təsiri də müsbətdir. Çünki ölkənin ərzaq təhlükəsizliyində bir nömrəli məhsul məhz buğdadır. Eyni zamanda təəssüflə qeyd etmək istədiyim bir məqam var ki, ölkədə istehsal olunan buğdanın böyük bir hissəsi ərzaqlıq buğda olmur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə