“BMT-nin azalan nüfuzu Davos forumunun nüfuzunu daha da artırır“ - İQTİSADÇI ŞƏRH ETDİ

“BMT-nin azalan nüfuzu Davos forumunun nüfuzunu daha da artırır“ - İQTİSADÇI ŞƏRH ETDİ

“BMT-nin günü-gündən azalan nüfuzu Davos iqtisadi forumunun nüfuzunu daha da artırır. Bu səbəbdən də forumda dünyanın 130-dan çox ölkəsindən 3000-ə yaxın nümayəndə iştirak edir. Hansı ki, onların da 52-i dövlət adamları və dövlət başçılarıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün bu forumun əhəmiyyəti çox böyükdür. Bu forumda iştirak edən tərəflərin Azərbaycanın potensialından yararlanma fürsətləri var. Azərbaycanın mövcud enerji resursları imkan verir ki, bu sahəyə yatırılan investisiyalar kifayət qədər geridönüşlü olsun. Bu forumda 700-dən çox təşkilat, eyni zamanda 600-dən çox iri şirkətlər və onların rəhbərləri iştirak. Bu isə həm Azərbaycanın mövcud potensialının gerçəkləşdirilməsinə imkan verir, həm də Azərbaycanın müəyyən məsələlərdə öz mövqeyini açıqlaması üçün tribuna imkanı yaradır.

Cənab Prezidentin ayrı-ayrı şirkət rəhbərləri ilə görüşü zamanı səsləndirilən məsələlər onu deməyə əsas verir ki, qarşıdakı illərdə də biz Azərbaycana xarici investorların marağının artmasını müşahidə edə biləcəyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə