Ötən həftə ABŞ-dan neft ixracının həcmi yarıbayarı azalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi enerji bazarındakı vəziyyətə dair növbəti icmalında bildirib.
İndi gündə 2,137 milyon barel neft ixrac edilir. Bu dəyər 2021-ci ildən bəri həftə ərzində neft ixracının maksimum azalması olub. 2021-ci ilin may ayında ölkədən ixracın həcmi sutkada 4,1 milyon bareldən 1,8 milyon barelə qədər azalıb.
ABŞ-ın neft idxalı artmaqda davam etdi. O, gündəlik 6,35 milyon barrelə yüksəldi. Bu rəqəm 2022-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB