İki ölkə arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İki ölkə arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin rəqəmsallaşma məsələləri üzrə müavini Yurie Tsurkanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycan və Moldova arasında İKT, innovasiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

“Elektron hökumət”, “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq və təcrübə mübadiləsi, İT və innovasiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə