Türkiyədə yeni neft yatağı aşkarlanıb

Türkiyədə yeni neft yatağı aşkarlanıb

Türkiyənin Gabar dağı bölgəsində təxminən 12 milyard dollar məbləğində dəyərləndirilən neft yatağı kəşf edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində məlumat verib.

Dövlət başçısı deyib ki, bu yataq 2022-ci ilə qədər Türkiyədə quru sahədə aşkar edilən on yataqdan biridir.

Qeyd edək ki, el arasında Küpəli dağı kimi də tanınan Gabar dağı Şirnaq bölgəsində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə