Silivri təbii qaz anbarının ikinci hissəsi istifadəyə veriləcək

Silivri təbii qaz anbarının ikinci hissəsi istifadəyə veriləcək

Tutum artırma fəaliyyətləri başa çatan Silivri təbii qaz anbarının ikinci mərhələsi dekabrın 16-da Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açılacaq.

SİA xəbər verir ki, Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamaya görə, Türkiyə enerji təchizatı təhlükəsizliyi sahəsində daha bir nəhəng sərmayəni istifadəyə verir.

Türkiyenin 3,2 milyard kubmetr anbar tutumu və gündəlik 28 milyon kubmetr istehsal gücü ilə ilk yeraltı təbii qaz qurğusu olan BOTAŞ-a məxsus Silivri təbii qaz anbarının tutumunun artırılması məqsədilə 18 quyuda genişləndirmə işləri aparılıb, dəniz üzərində isə 2 platforma qurulub.

Obyektin elektrik enerjisinə olan tələbatı quraşdırılmış gücü 4,2 meqavat olan külək turbininin hesabına ödəniləcək.

Yeni tutumu ilə xidmət göstərəcək nəhəng obyekt dekabrın 16-da keçiriləcək mərasimlə prezident Ərdoğan tərəfindən açılacaq.

Digər tərəfdən, Tuz Gölü Yeraltı Təbii Qaz Anbarında tutumu genişləndirmə işləri davam edir. Hazırda 1,2 milyard kubmetr olan anbarın tutumu da 5,4 milyard kubmetrə çatdırılacaq. İşlərin 2 il ərzində başa çatdırılması nəzərdə tutulur.

Bu obyektin istifadəyə verilməsi ilə Türkiyənin təbii qaz anbar tutumu 10 milyard kubmetrə çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə