Mərkəzi Bank 5 sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı qərar noyabrın 23-də “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən könüllü müraciət əsasında qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə