İtaliyada inflyasiya rekord səviyyəyə yüksəlib

İtaliyada inflyasiya rekord səviyyəyə yüksəlib

Noyabr ayında İtaliyada inflyasiya göstəricisi 12,6 faizə çatıb. SİA xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, bu, 1983-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi enerji və ərzaq qiymətlərindəki artımlar fonunda yüksəlib. Ölkədə illik inflyasiya göstəricisi isə 8 faiz təşkil edib.

İstehlak qiymətləri indeksi aylıq müqayisədə 3,4 faiz, illik əsasda 11,8 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə