Dünya bazarında neftin qiyməti ABŞ dollarının möhkəmlənməsi fonunda düşüb

Dünya bazarında neftin qiyməti ABŞ dollarının möhkəmlənməsi fonunda düşüb

Dünya bazarında neftin qiyməti ABŞ dollarının möhkəmlənməsi fonunda düşüb. SİA xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

“Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,59 % azalaraq 1 bareli 95,42 ABŞ dolları təşkil edib. WTI markalı neftin dekabr fyuçersləri isə 0,76 % azalaraq 88,28 dollar olub.

Xatırladaq ki, dollar indeksi 0,81 % artaraq 107,16 bənd təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə