Elçin Əsədovun “ Külək və Narın Pərgül” animasiya filminin təqdimatı keçirilib
Bu gün Kinomatoqrafçılar İttifaqının kino zalında rejissor Elçin Əsədovun " Külək və Narın Pərgül" adlı 5 dəqiqəlik animasiya filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində rejissorun Kino Akademiyasında bir yerdə oxuduğu tələbə yoldaşları da iştirak ediblər.
Animasiya filminin ssenari müəllifi və rejissoru Elçin Əsədov, rəssamı Aliyə Orucova, animatoru Sultan Abbasbəylidir .
Məlumat üçün bildirək ki, bu animasiya külək və narın pərgülün dostluğundan bəhs edir.
Qeyd edək ki, animasiya filmi "Fatıyev" şirkətində hazırlanıb. Filmin çəkilişlərinə bir ay bundan əvvəl başlanılıb.
Elçin Əsədov bu animasiyadan əvvəl "Məsih", "Şamada Yogzi" və rejissor Murad Muradovun çəkdiyi "Anlama" filminin ssenari müəllifi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB