Xalq artisti: "Böhtan atmayın, həyat bumeranqdır"

Xalq artisti Naibə Allahverdiyeva bəzilərinə məsləhət verib. SİA-nın məlumatına görə, o, bu fikirləri dilə gətirib: "Həyat çox qısa və amansızdır. Özünüzə dəyər verin, qayğı göstərin. Xəstə və gücsüz insan özündən başqa heç kimə lazım deyil.

Özünüzü sevin. Çalışın sağlam olun. Yalnız Allah və özünüzə güvənin. Heç kimi aldatmayın, haram yeməyin. Sirrinizi dostunuz olsa belə, heç kimə açmayın. Çünki dostunuzun da dostu var, bilin ki, münasibətiniz hər an pozula bilər. Şantaja məruz qala bilərsiniz. Övladlarınızı aşırı dərəcədə sevməyin, eqoist böyüyəcəklər, hər zaman sizin sevginizdən istifadə edəcəklər. Çalışın yaxşılıq edin. Böhtan atmayın, həyat bumeranqdır, özünüzə qayıda bilər.

Başqasının eyibini yaymayın, günahdır. Allah onun da günahlarını sizə yazar. Çalışıram bunlara əməl edim. Çünki bu dünya sınaq dünyasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə