Rəssam Natiq Kamal “Digitalart-lab” layihəsinin qonağı olub

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə tanışlıq görüşü olub.

SİA-nın məlumatına görə, görüşdə rəssam Natiq Kamal iştirakçılara yaradıcılıq fəaliyyətindən danışıb və işlədiyi əsərləri iştirakçılara təqdim edib. Sentyabr ayında start verilən “Digitalart-lab” layihəsinin növbəti mərhələsinə seçilən 14 iştirakçı özləri haqqında məlumat verərək portfoliolarını təqdim ediblər.

Xatırladaq ki, 2021-ci il mart ayınadək davam etməsi nəzərdə tutulan layihədə iştirak edənlər hər ay rəssam Natiq Kamalın onlayn ustad dərslərinin iştirakçısı olacaqlar.

Görüş Azərbaycan Dövlət Rəsm Qalereyasının “Elmi araşdırma və innovasiya” şöbəsinin müdiri Nərgiz Əsgərovanın moderatorluğu ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə