Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin 40 illiyinə həsr olunmuş sərginin videotəqdimatı
Mədəniyyət Nazirliyinin “Museum.az” internet portalı tərəfindən “Qarabağın nadir muzey inciləri” layihəsi çərçivəsində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illiyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan sərginin videotəqdimatı hazırlanıb.
Nazirlikdən SİA-ya bildirilib ki, sərgidə muzeyin kolleksiyasından müxtəlif dövrləri əhatə edən bədii metal və dekorativ-tətbiqi sənət nümunələri, etnoqrafik materiallar, zərgərlik məmulatları, silahlar, milli geyimlər nümayiş etdirilib.
Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi Qarabağın qədim tarixini özündə əks etdirən zəngin kolleksiyaya malik muzeylərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB