“Akademik Nailə Vəlixanlı” adlı sərgi virtual rejimdə təqdim edilib

Bu gün AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, professor Nailə Vəlixanlının 80 illik yubileyi tamam olur.

SİA-nın məlumatına görə, bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan “Akademik Nailə Vəlixanlı” adlı virtual sərgi təqdim olunub. Virtual sərgidə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, müəllifi, elmi redaktoru, tərtibçisi olduğu kitablar, haqqında yazılan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Naile_Velixanli/index.htm linkindən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə