Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Rusiya Federasiyası Başqırdıstan Respublikasında keçirilən “Урал иле” Ənənəvi Musiqi Aləti İfaçılarının II Beynəlxalq müsabiqəsində iştirak ediblər.

İdarədən SİA-ya bildirilib ki, məktəbin xalq çalğı alətləri şöbəsinin “kamança” ixtisası üzrə müəlliməsi Svetlana Əliyevanın şagirdləri Çiçək Əliyeva və Orxan Hüseynov keçirilən müsabiqədə çıxış ediblər.

Müsabiqənin yekununa əsasən, musiqi məktəbinin şagirdi Orxan Hüseynov xalq çalğı alətləri - “kamança" ixtisası I yaş kateqoriyası üzrə birinci yerə, eyni kateqoriya üzrə Çiçək Əliyeva isə II yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə