Maykl Ceksona məxsus malikanə 22 milyon dollara satılıb

ABŞ-ın Kaliforniya ştatında uzun illər amerikalı müğənni, bəstəkar, prodüser və rəqqas Maykl Ceksona məxsus malikanə milyarder Ron Berkliyə 22 milyon dollara satılıb. SİA-nın məlumatına görə, bu barədə The Wall Street Journal qəzeti bildirib. Qeyd edilib ki, daşınmaz əmlak 2015-ci ildə müğənninin varisləri və "Colony Capital" şirkəti tərəfindən 100 milyon dollara satışa çıxarılıb. O vaxtdan bəri onun dəyəri dəfələrlə aşağı düşürdü. Keçən il əmlakın dəyəri 31 milyon dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə