Nar bayramı UNESCO-nun mədəni irs siyahısına salındı - VİDEO

Dekabrın 16-daAzərbaycanın təqdim etdiyi "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədinin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunub.

Mədəniyyət Nazirliyindən SİA-ya verilən məlumata görə, öllkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi, Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.

Qeyd edək ki, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutur.

Maraqla qarşılanacağını nəzərə alaraq mövzuyla bağlı çəkilmiş filmi təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə