“Dəlinin qeydləri” tamaşası nümayiş ediləcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dekabrın 26-da “Dəlinin qeydləri” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə teatrsevərlərin ixtiyarına verəcək.

SİA-nın məlumatına görə, saat 19:00-da göstəriləcək monotamaşada Əməkdar artist Şövqü Hüseynov çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə