Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbinin vokal ixtisası üzrə müəllim və şagirdləri "Astana Stars" Beynəlxalq festival çərçivəsində Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən V Beynəlxalq "Ayaulı Astana" adlı onlayn müsabiqədə iştirak edib.

İdarədən SİA-ya bildirilib ki, müsabiqədə məktəbin şagirdləri Aytac İmanova "vokal" nominasiya üzrə 8-10 yaş kateqoriyasında I dərəcəli, İnci Mustafalı isə akademik "vokal" nominasiyası üzrə 11-13 yaş kateqoriyasında II dərəcəli laureat adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə