Şəhid Həsənağa Şirvani haqqında məlumat saatı təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şəhid Həsənağa Şirvani haqqında məlumat saatı təşkil edib.

SİA-nın məlumatına görə, şəhid haqqında kitabxananın oxucuları şeirlər səsləndirərək kitabxananın elektron ünvanına göndəriblər.
Qeyd edək ki, şəhid Həsənağa Şirvani 2002-ci il aprelin 23-də anadan olub. Xəzər rayonu Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbə bitirib.

Qəhrəman şəhid 2020-ci ildə hərbi xidmətə yollanıb. Oktyabrın 1-də Vətən müharibəsi zamanı Murovdağı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə